Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Balaxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər yaxalandı

Balaxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər yaxalandı
3-02-2020, 16:18 191 dəfə baxılıb

Balaxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər yaxalandı














Balaxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər yaxalandı
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən DogruXəbər.az -a verilən məlumata görə, əməliyyat zamanı Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş qəsəbə sakini Tural Vəliyev və tanışı, paytaxt sakini Bahadır Kərimov tutulublar. Polis şöbəsində onların üzərində şəxsi axtarış aparılan zaman B.Kərimovdan 0,246 qram psixotrop maddə metamfetamin, T.Vəliyevdən isə 2,512 qram heroin və 0,165 qram metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq T.Vəliyevin qəsəbə ərazisində yerləşən evinin yaxınlığında yarımtikilidə gizlətdiyi 1 kiloqram 700 qran heroin də aşkar olunaraq polislər tərəfindən götürülüb.
Saxlanılan şəxslər Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı 12 –ci Polis Şöbəsində toplanan materiallar araşdırlmasi üçün Sabunçu RPİ-nə göndərilib, istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram