Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Mehriban Əliyeva Azərbaycan yığmasını TƏBRIK ETDİ

Mehriban Əliyeva Azərbaycan yığmasını TƏBRIK ETDİ
13-02-2020, 12:25 176 dəfə baxılıb

Mehriban Əliyeva Azərbaycan yığmasını TƏBRIK ETDİ













Mehriban Əliyeva Azərbaycan yığmasını TƏBRIK ETDİ

Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğur qazanan güləşçiləri təbrik edib.

Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

Təbrik mesajında bildirilib ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması böyük uğura imza atıb: “İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr Tarakanov

Böyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər:

Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov

Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov

Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli

Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev

Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov

İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram