Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Həm Bakıda, həm də ABŞ-da təhsil alan şagirdə göz yuman saxtakar direktor işdən çıxarıldı

Həm Bakıda, həm də ABŞ-da təhsil alan şagirdə göz yuman saxtakar direktor işdən çıxarıldı
24-02-2020, 14:00 196 dəfə baxılıb

[b][/b]Həm Bakıda, həm də ABŞ-da təhsil alan şagirdə göz yuman saxtakar direktor işdən çıxarıldı








Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin direktoru Həsənova Firəngiz Eldar qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 69-cu maddəsinin 3-cü bəndində göstərilən qaydada xitam verilib:

“Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Rəşad Alcanova həvalə edilib”.

Ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirməklə bərabər, 53 nömrəli məktəbin X sinif şagirdi kimi təhsil alır. Çünki direktor onun “kağız üzərində təhsil almasına” şərait yaradıb.

Direktor bu işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adambaşına 150-200 manat yığıb.

O, həmçinin, məktəbə qeyri-rəsmi şəkildə işçilər götürürmüş. Bütün bunlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma başlanılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram