Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı

2-04-2020, 16:23

İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı












Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün rayonun kənd və qəsəbələrini bir-bir gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə - təbliğat işlərini aparıb. İ.Gülməmmədova Mehdiabad, Novxanı, Masazır, Digah, Məmmədli, Saray, Fatmayı və o cümlədən digər qəsəbələrdə sakinlərlə görüşərək onlara koronavirus (COVİD-19) pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Kənd və qəsəbə icra nümayəndəlirinin, bələdiyyə üzvlərinin və polis əməkdaşlarının da iştirak etditi təbliğat prosesində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Həmçinin, sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.

Bundan əlavə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həyata keçirilən təbliğat işlərinin səmərəliliyinin daha da artırılması məqsədi ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillərlə rayon ərazisində genişmiqyaslı maarifləndirmə tədbirləri görülür. Bu təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırılaraq maarifləndirmənin fasiləsiz reallaşdırılmasına nail olunub. Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə üzvləri və könüllülər küçə-küçə, ev-ev gəzərək əhali arasında maarifləndirmə tədbirləri görürlər.
İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı
İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı
İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı
İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı
İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram