Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Baş Prokurorluq bir evdən 6 meyiti çıxarılan ailə ilə bağlı məlumat yaydı

Baş Prokurorluq bir evdən 6 meyiti çıxarılan ailə ilə bağlı məlumat yaydı
5-03-2018, 12:07 368 dəfə baxılıb

Baş Prokurorluq bir evdən 6 meyiti çıxarılan ailə ilə bağlı məlumat yaydı











Respublikası Baş Prokurorluğu Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

@DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram