Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dünyanın “siyasi beyni” açıqladı – Düzən tamamilə dəyişəcək

Dünyanın “siyasi beyni” açıqladı – Düzən tamamilə dəyişəcək
9-04-2020, 14:26 228 dəfə baxılıb

Dünyanın “siyasi beyni” açıqladı – Düzən tamamilə dəyişəcək









96 yaşlı Henri Kissincerin sözlərinə görə, bəşəriyyətin xoşbəxtliyi və millətlərin çiçəklənməsi yalnız insanların hökumətlərə inamı zamanı mümkün olacaq.

Koronavirus pandemiyasının yaratdığı siyasi və iqtisadi xaos bundan sonrakı bir neçə nəslin həyatına sirayət edə bilər. DogruXeber.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Henri Kissencer “The Wall Street Journal“a müsahibəsində bildirib.

Sabiq diplomat koronavirus pandemiyasını miqyasına və qloballığına görə indiyə kimi görünməyən təhlükə kimi dəyərləndirib.

96 yaşlı siyasətçinin sözlərinə görə, bəşəriyyətin xoşbəxtliyi və millətlərin çiçəklənməsi yalnız insanların hökumətlərə inamı zamanı mümkün olacaq:

“Məhz hökumətlər yaxınlaşan təhlükələri proqnozlaşdırmalı, onlara qalib gəlməli və daha sonra sabitliyi bərpa etməlidir. Koronavirus pandemiyasının bitməsindən sonra əksər hökumət institutları ləğv olunacaq. Nəinki koronavirusla mübarizə aparmaq, həm də artıq “postvirus dünya düzəninin yaradılması üzərində işləmək lazımdır”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /sputnik.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram