Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub

Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub
10-04-2020, 14:38 196 dəfə baxılıb

Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub














Ölkəmizdəki ümumi təhsil müəssisələrinin 85%-i Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

DogruXeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Qeyd edilir ki, hesabat ilində 100-dən çox müəssisə ölkə üzrə internetə və ATŞ-ə qoşulub. Ümumilikdə şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 3807-yə çatdırılıb. Şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələri bütün şagirdlərin 93%-ni, pedaqoji heyətin isə 89%-ni əhatə edib.

İKT-nin təhsil prosesində tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə həyata keçirilən tədbirlər intensiv davam etdirilib, təhsil müəssisələrinə 1100 ədəd proyektor, 9865 ədəd noutbuk, 450 ədəd elektron lövhə verilib, 30 ümumi təhisil müəssisəsi "Lego Education" təhsil robotları ilə, sağlamlıq imkanları məhdud 250 nəfər uşaq noutbukla təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram