Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Litsey şagirdindən ölkə başçısına təşəkkür məktubu

Litsey şagirdindən ölkə başçısına təşəkkür məktubu
20-04-2020, 13:07 225 dəfə baxılıb

Litsey şagirdindən ölkə başçısına təşəkkür məktubu













Kanal14.az xəbər verir ki,Bakı şəhər A.Hüseynzadə adına 20№ li tam orta məktəb-litseyinin 11-ci sinif şagirdindən,ölkə başçısı cənab İlham Əliyevə təşəkkür məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik.

Cənab Prezident!
Mən, Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-litseyin 11-ci sinif şagirdiyəm.
Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir.
Cənab Prezident! Siz öz çıxışlarınızda daima vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Biz bu çətin günlərdə Sizin simanızda bir daha bu sözlərin bariz nümunəsini gördük.
Ulu öndər Heydər Əliyev demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.Bu şüara sadiq qalan müəllimlər, səbirlə, fəadakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz gənclərə ən gözəl örnək, ən xeyirxah müəllim Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və vətən övladının nəbzi ilə bir vurdu.
2017-ci il sentyabrın 15-də Sizin və Azərbaycan Respublikasının I Vitse-Prezidenti xanım Mehriban Əliyevanın 20 nömrəli məktəb-liseyin yeni, müasir standartlara cavab verən binasının açılışında iştirakı biz şagirdlərin xatirəsində silinməz, xoş izlər buraxıb. Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyi ilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxıb,ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilib, arzularımızı reallaşdıra biləcəyik. Çünki Biz birlikdə güclüyük! Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır!

Hörmətlə:Bakı şəhəri, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Bəylərova Fidan Qurban qızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram