Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Martda Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 70% azalıb

Martda Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 70% azalıb
5-05-2020, 10:59 176 dəfə baxılıb

Martda Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 70% azalıb



Bu ilin mart ayında Gürcüstan sərhədlərini 49 372 Azərbaycan vətəndaşı keçib.

“Report”un yerli bürosu-na istinadən xəbər veririk ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayında 70% azalma qeydə alınıb.

Hesabat ayında Azərbaycan vətəndaşları Gürcüstana yollanan əcnəbilər arasında birinci yeri tutub. İkinci yerdə 41 133 nəfərlə Türkiyə, üçüncü yerdə isə 39 786 nəfərlə Ermənistandır.

Martda qonşu ölkəyə dövlət sərhədlərini keçərək daxil olan xarici vətəndaşların ümumi sayı 196 489 nəfər təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 67,3% azdır.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Gürcüstan və Azərbaycan arasında gediş-gəliş martın 14-dən dayandırılıb. Martın 18-dən etibarən isə xarici ölkə vətəndaşlarının Gürcüstan ərazisinə daxil olması qadağan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram