Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Maskalarla bağlı reydlərə başlanıldı

8-05-2020, 12:47

Maskalarla bağlı reydlərə başlanıldı













Bu gündən ölkə ərazisində polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib.

Dogruxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA -ya açıqlamasında bildirib ki, reydlərin keçirilməsi mayın 1-dən ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejimin tələblərinə uyğun həyata keçirilir:
“Reydlərdə vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur. Bu qaydalara riayət etməyən vətəndaşlarımız barəsində inzibati qaydada tədbirlər görüləcək. Eləcə də tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram