Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib













Son vaxtlar Zərdab rayonunda geniş quruculuq-abadlıq işləri həyata keçirilib.

Dogruxeber.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkının su təminatının yaxşılaşdırılması üçün parka yeni su xətti çəkilmiş, şəhərin küçələrinə asfalt örtük döşənib, yeni yaşıllıq zolaqları salınıb, küçələrin işıqlanma sistemi yenidən qurulub. Heydər Əliyev Fondunun vəsaiti hesabına 120 yerlik körpələr evi-uşaq bağçasının, Gəlmə, İsaqbağı, Məlikumudlu kənd tibb məntəqələrinin tikintisi aparılır. Çallı kəndində yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi başa çatmaq üzrədir. 96 şagird yerlik Sarıqaya kənd modul tipli tam orta məktəbinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Bu günlərdə isə Azərbaycan Milli mətbuatının banisi Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidən qurularaq istifadəyə verilib. Smeta dəyəri 360 min manat, ümumi sahəsi 1,1 hektar olan parkda yenidənqurma işlərinə cari ilin yanvar ayında başlanılıb.

Müasir memarlıq üslubunda giriş qapısı quraşdırılıb, ümumi sahəsi 200 kv.metr olan, müasir üslubda fontan kompleksi inşa edilib. Zərdabinin heykəlinin postamenti və ətrafı yüksək keyfiyyətli mərmər tavalarla üzlənib.

Parkın ərazisində sahəsi 500 kv.metr olan uşaq əyləncə mərkəzi tikilmiş, ağ lay tavalarla üzlənib və müasir metal məhəccərlərlə haşiyələnib 280 metr uzunluğunda hasar inşa edilmişdir. Parkın işıqlanma sistemi yenidən işlənilib və 44 ədəd müxtəlif növ müasir işiqlandırıcılar quraşdırılıb. Parkda 1200 kv.metr yaşıllıq zolağı yaradılıb , 600 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. 2 ədəd kölgənəcək, 12 ədəd dekorativ oturacaqlar və tullantı qabları quraşdırılıb.

Ümumiyyətlə parkın tikintisində 1350 kv.metr mərmərdən, 550 kv.metr tometdən, 500 kv.metr ağ lay tavalardan və digər materiallardan istifadə olunmuş, 300 kv.metr sahəyə asfalt örtük döşənib.
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib
Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib


Oxunub: 810

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər