Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Polisə müqavimət göstərən 14 nəfər saxlanıldı - Rəsmi

Polisə müqavimət göstərən 14 nəfər saxlanıldı - Rəsmi
16-05-2020, 15:08 159 dəfə baxılıb

Polisə müqavimət göstərən 14 nəfər saxlanıldı - Rəsmi














Bu gün - mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplaşıblar.

Dogruxxeber.az bildirir ki, bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər. Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.

Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram