Zakir Həsənov yeni hərbi hissənin açılışında













Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışında iştirak edib və tikintisi davam etdirilən obyektlərə baxış keçirib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, istifadəyə verilən qərargah binaları, əsgər yataqxanaları və yeməkxanalar, tibb məntəqələri, idman şəhərcikləri, sıra meydanları, döyüş texnikaları üçün saxlanclara baxış keçirilib.

Bildirilib ki, İP mühafizə və İP video-müşahidə sistemləri, yanğın əleyhinə siqnalizasiya və daxili rabitə sistemləri quraşdırılmış qərargah binaları tam şəkildə mebel və avadanlıqlarla təchiz edilib. Qərargah binalarında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları istifadəyə verilib.

Ərazidə inşa olunan yataqxana binaları da mebel və inventarlarla təmin edilib. Burada iş, məişət və digər xidməti otaqlar istifadəyə verilib. Binada yanğından mühafizə və daxili rabitə sistemləri quraşdırılıb.

Hərbi hissənin ərazisindəki tibb məntəqələri müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin olunub.

Şəxsi heyətin rahat və keyfiyyətli qidalanmasının təşkili məqsədilə inşa edilmiş geniş yeməkxanalar lazımi avadanlıqlarla təchiz edilib.

Hərbi hissələrdə inşa edilən ərzaq anbarlarında soyuducu kamera və digər ərzaq saxlama otaqları, əşya anbarında isə əmlak saxlama otaqları mövcuddur. Ərazidə yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, yollara asfalt salınıb, qaz və yüksək gərginlikli elektrik xətləri çəkilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun sərəncamında olan hərbi obyektlərdə tikinti, yenidənqurma, təmir işlərinin 90 faizi artıq başa çatdırılıb və növbəti illərdə bu işlərin tam yekunlaşdırılması planlaşdırılır. Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulan yataqxanaların tikintisi davam etdirilir və Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətdə işlər bundan sonra da həyata keçiriləcək.

Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.(Axar.az)


Oxunub: 552

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər