Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Daha bir marşrut xətti “BakuBus”a verildi

Daha bir marşrut xətti “BakuBus”a verildi
28-05-2020, 10:37 164 dəfə baxılıb

Daha bir marşrut xətti “BakuBus”a verildi




Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq.
Dogruxeber.az bildirir ki, bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu.
Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda isə bu xətt üzrə uzun müddətdir istismarda olan “Daewoo” markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək.
Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram