Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA

Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA
3-06-2020, 10:52 180 dəfə baxılıb

Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA














Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır. Bir çoxları toyların gələn həftə və yaxud da oktyabr və dekabr ayına kimi təxirə salındığını iddia edir. Gələn həftə toy, yas və digər kütləvi yığınacaqlara icazə verilə bilərmi?

Dogruxeber.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu barədə indidən dəqiq fikir bildirmək mümkün deyil: "Bu daha çox vətəndaşlarımızın məsuliyyətindən və virusa yanaşmalarından asılı olacaq. Bildiyiniz kimi, son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunmaqdadır. Təəssüfki, hələ də bəzi vətəndaşlarımız məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar. Hər birimiz ölkəmizin milli təhlükəsizliyinin qorunması naminə daha diqqətli və məsuliyyətli olmalıyıq. Əgər ciddi azalma müşahidə olunarsa bu məsələ nəzərdən keçirilə bilər. Əks halda bu mərasimlərin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər. Fürsətdən istifadə edərək üzümü vətəndaşlarımız tutaraq onları qaydalara əməl etməyə çağırıram. Əks halda xəstəlik ölkəmizdə daha sürətlə yayılacaq, daha çox vətəndaşımız bu virusa tutulacaq. Başqa bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, karantin dövründə yas və toy mərasimləri keçirilmədi və uzun müddətdir yas və toy mərasimlərində baş verən israfçılığa bir az ara verildi. Hesab edirəm ki, karantin dövrü həm də bu mərasimlərin keçirilmə formasına yenidən baxmaq üçün yaxşı bir fürsət oldu. Karantin bitməmiş biz bu məsələlərə baxmalı, toy və yas mərasimlərinin israfçılıqdan uzaq keçirilməsi və yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul etməliyik. İnsanlarımın mərasimlərin bu formada keçirilməsindən çoxu narazıdır. Milli Məclisdə mən bu məsələni qaldırmışdım. İnanıram ki, vətəndaşlarımız karantin bitdikdən sonra da yas və toy mərasimlərinin yüngül keçirilməsi barədə qənaətə gələcək və gündəlik həyatlarında bunu tətbiq edəcəklər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram