Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir

Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir
6-06-2020, 18:01 181 dəfə baxılıb

Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir












Regionlarda dayanıqlı rabitə və yüksəksürətli internet üçün işlər davam edir.

Dogruxeber.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionları əhatə edən xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirir.
(Qafqazinfo.az)
Xidməti ərazilərdə, regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi istiqamətində bütün mövcud resurslardan istifadə olunur. Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur.

Əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin artırılması məqsədilə regionlarda olan xətt şəbəkə infrastrukturu layihəsi hazırlanıb. İlkin mərhələdə 4 regionda ən son texnologiyalardan olan GPON texnologiyasının tətbiqi ilə Gəncə, Sumqayıt, Abşeron və Masallıda infrastruktur yenidən qurulur. İşlər bitdikdən sonra növbəti fazada digər regionlarda da bu texnologiyaların qurulmasına başlanacaq.

Eyni zamanda telefonlaşmayan və çətin relyefli xidməti ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün pilot layihə olaraq, 2018-ci ildə Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə LTE qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.

Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram