Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib

“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə  hesabatları dərc edilib
1-07-2020, 17:30 188 dəfə baxılıb

“AzerGold” QSC-nin ötən ilin yekunlarına dair maliyyə  hesabatları dərc edilib




“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib.

Müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi öz təsdiqini tapıb.

Ümumilikdə, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızıl hasilatında 21.4 %, gümüş hasilatında isə 33.3 % artım qeydə alınmışdır. QSC-nin maliyyə hesabatlarında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86.2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27.8 milyon ABŞ dolları) daha çoxdur. Nəticədə, Qapalı Səhmdar Cəmiyyətinin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12.4 milyon ABŞ dolları təşkil etmişdir.

Maliyyə hesabatı və digər maliyyə göstəriciləri üzrə məlumatları Səhmdar Cəmiyyətin rəsmi saytında əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram