gundem / siyaset / sosial
16.07.2020, 11:13
Müdafiə Nazirliyi 13 PUA-nın vurulması xəbərini təkzib etdi
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
Dogruxeber.az bildirir ki, o bildirib ki, bu, yanlış məlumatdır: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”.
(Qafqazinfo.az)