Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqdaŞİKAYƏT+FOTOLAR











“Zərdab rayon Elektirik Şəbəkəsinin müdiri Səməd Hüseynovun korrupsiya əməlləri nəticəsində vətəndaşların həyatları ciddi təhlükə qarşısındadır, dövlətə isə küllü miqdarda ziyanlar dəyir”.

Bu barədə Siam.az-a Zərdab rayon sakinləri tərəfindən göndərilən şikayət məktubunda bildirilir. Yazının sonunda adları qeyd ediləcək sakinlər bildirirlər ki, betondan olan elektrik dirəklərinin dibinə beton tökülmədən torpağa basdırılır ki, bu da çox təhlükəlidir, istənilən vaxt güclü külək nəticəsində həmin dirəklər aşa bilıər: “Boru formalı elektirik dirəklərinə yağışdan qorunması üçün üst örtükləri vurulmur. Bunu isə ona görə edirlər ki, dəmir borular yağış suyundan erroziyaya uğrasın təmir adı ilə dövlət vəsaitlərini mənimsəsinlər. Hansı ki., “Asiya İnkişaf Bank”ı bu işlərin görülməsi üçün külli miqdarda vəsait ayırıb. Həmin vəsait belə saxtakarlıq yolu ilə talan edilir.
Kəndlərdə elektirik tranformatorları üçün tikilmiş yerlər hələ də boş qalıb. Həmçinin transformatorların əksəriyyəti suyun içindədir ki, bu, insan həyatı üçün çox ciddi təhlükədir. Zərdab rayon Elktirik Şəbəkəsinin rəisi Səməd Hüseynovun talançılığının nəticəsində sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Səməd Hüseynov əvvəllər ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Harada işləyibsə orada ciddi narazılıqlar yaradıb, korrupsiya əməlləri ilə məşğul olub. Zərdab rayonu Gödəkqobu kənd sakini sahibkar İbadov Nofəl İbad oğluna məxsus ticarət obyektinin və Yanacaq Doldurma Məntəqəsinin 5 metrliyindən yüksək gərginlikli elektirik xəttini çəkən Səməd Hüseynov bu qanunsuz əməli ilə ciddi təhlkə yaradıb. Hansı ki, qanuna əsasən yüksək gərginlikli elektirik xətti obyektdən 30-40 metr aralı məsafədən çəkilməlidir. Zərdab şəhərinin mərkəzində yerləşən istirahət parkında çəkilmiş elektirik xətləri yerdən açıq formada aparılmışdır ki, bu da insanların həyatı üçün daha bir ciddi təhlükədir”.Şikayətçilər onu da iddia edirlər ki, S.Hüseynovun müavini Ələmdar Abbasovun ali təhsil almasına dair diplomu saxtadır: “Ələmdar Abbasov həmin saxta diplomu Dağıstandan 2000 manata alıbr. Ələmdar Abbasov heç həmin ali məktəbin yerini belə bilmir ki, Dağıstanın harasında yerləşir. Azərbaycanda bu alver ilə məşğul olan şəxslərdən həmin saxta diplomu alan Ələmdar Abbasov buna görə nəinki tutduğu vəzifədən uzaqlaşdırılmalıdır, həttda cinayət məsuliyətinə cəlb edilib həbs olunmalıdır.Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və “Azərişıq” ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib xahiş edirik, insanların həyatına ciddi təhlükə yaradan, dövlət vəsaitini talan edən Zərdab rayon Elektitik Şəbəkəsinin rəisi Səməd Hüseynovun və onun saxta diplomlu müavini Ələmdar Abbasovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.
P.S.Məktubu aşağıdakı şəxslər ünvanlayıb:
Əliyev Qənimət Rza oğlu
Qasımov Camal Hüseyn oğlu
Məmmədova Gülmirə Nazim qızı
Aslanova Sona Baba qızı
Hüseynova Tahirə Mövsüm qızı
Xəlilov Zahid Paşa oğlu
Abdullayev Namiq Fərhad oğlu

@DogruXeber.az


Oxunub: 483

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər