Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)

Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
15-08-2020, 17:01 159 dəfə baxılıb

Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)













Koronavirusdan sağalan həkim, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev evə buraxılıb.

Dogruxeber.az Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.

R.Mahmudov deyib ki, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”

Millət vəkili C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini qeyd edib: "Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!"

Qeyd edək ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən ECMO cihazına qoşulmuşdu. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram