Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

51 yaşlı qadını əri və ögey övladları döyə-döyə öldürüb?

51 yaşlı qadını əri və ögey övladları döyə-döyə öldürüb?
14-03-2018, 17:12 363 dəfə baxılıb

51 yaşlı qadını əri və ögey övladları döyə-döyə öldürüb?













Lənkəranda 51 yaşlı qadının müəmmalı səbəbdən ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Mahirə Vəli qızının meyitinin ilkin müayinəsi zamanı onun üzərində çox ciddi xəsarətlər aşkarlanmayıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün daxili orqanlardan nümunələr götürülüb.

Bildirilir ki, 51 yaşlı Mahirə Qafarova bir neçə il əvvəl Lerik rayonundan olan şəxsə ərə gedib və övladı olmayıb. M.Qafarova həmin kişinin ikinci həyat yoldaşı imiş və ailələrində vaxtaşırı söz-söhbət olurmuş.

Vəfat edən qadının yaxınları bildiriblər ki, M.Qafarovanı həyat yoldaşı və onun birinci arvadından olan övladları ölümcül döyərək, Lənkərana, ata evinə göndərib.

Qeyd edək ki, M.Qafarova xəstəxanaya gətirilərkən əvvəlcə onun yıxıldığı deyilib. Lakin sonradan onun döyüldüyü üzə çıxıb.

Mənbə: lent.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram