Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər."Baki Nəqliyyat Agentliyi bizi aldadır 5 İldi avtobus dayanacağımız yoxdur" VİDEO

Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər.
15-03-2018, 09:22 1 814 dəfə baxılıb

Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər."Baki Nəqliyyat Agentliyi bizi aldadır 5 İldi avtobus dayanacağımız yoxdur" VİDEO











Bakı şəhər Müşviqabad qəsəbəsi məcburi köçkün şəhərciyinin sakinlərindən, Bakı Nəqliyyat Agentliyinə ismarıc. “5 il səbr etdik 5 gün də səbr edərik dayanacaq quraşdırılmasa! Bakı Şamaxı şosesini bağlamaqla etiraz aksiyası keçirməyə məcburuq.”
Qəsəbə sakinlərindən DogruXeber.az infarmasiya agentliyinin redaksiyasına xeyli sayda şikayət məktubu ünvanladıqları üçün, əməkdaşlarımız məcburi köçkün şəhərciyində sakinlərdən müsahibə alıblar.Müsahibələrində sakinlər bildiriblər ki,qəsəbə 2013-cü ilin Mart ayından məcburi köçkünlərin istifadəsinə verilmişdir.Sakinlər qeyd edirlər ki,”artıq beş ildir ümumi istifadəsi vacib olan məscid,xeyir-şər evi və aftobus dayanacağıdır ki, bunlardan əziyyət çəkən 7500-dən artıq qəsəbə sakinləri müraciət etmədikləri dövlət orqanı qalmayıb. ”Buna baxmayaraq axırıncı müraciətimiz Bakı şəhər icra hakimi Hacıbala Abutalıbova olmuşdur. Bakı şəhər icra hakimiyyətindən bizə cavab məktubu yazaraq bildirdilər ki,müraciətiniz aidiatı olaraq Bakı Nəqliyyat Agentliyinə göndərilmişdi. Sonra sakinlər bildirdilər ki,”bir neçə ay öncə Nəqliyyat agentliyindən məktubla bizə cavab olaraq bildiriblər ki,agentlik əməkdaşları qəsəbədə olub dayanacağın yerini müəyyən ediblər və tez bir zamanda avtobus dayanacağın quraşdırılması təmin olunacaq. Sakinlər qeyd edirlər ki,”həmin vaxtdan artıq beş ay keçməsinə baxmayaraq Bakı Nəqliyyat Agentliyi görünür ki, biz sakinlərdən rüşvət umurlar.”DogruXeber.az infarmasiya agentliyinin əməkdaşları məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə telefon əlaqəsi yaradaraq köçkün şəhərciyində mövcüd məsələ ilə bağlı münasibət bildirmələrini istədik. Agentlikdən bizə bildirdilər ki, sözü gedən ərazi diqqətlərindədir, müəyyən bir vaxtda ərazidə dayanacağın quraşdırılması həyata keçiriləcək. Biz xəbər agentliyi olaraq öz misyamızı yerinə yetirib hiddətli qəsəbə sakinlərinin ismarıclarını dövlət qurumlarının diqqətinə çatdırdıq.
DogruXeber.az
Ə.Kamal




Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər."Baki Nəqliyyat Agentliyi bizi aldadır 5 İldi avtobus dayanacağımız yoxdur" VİDEO






Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər."Baki Nəqliyyat Agentliyi bizi aldadır 5 İldi avtobus dayanacağımız yoxdur" VİDEO






Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər."Baki Nəqliyyat Agentliyi bizi aldadır 5 İldi avtobus dayanacağımız yoxdur" VİDEO







Müşviqabad.qəs. Məcburi köçkünlər aksiya keçirdilər."Baki Nəqliyyat Agentliyi bizi aldadır 5 İldi avtobus dayanacağımız yoxdur" VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram