Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər"

16-03-2018, 17:28 596 dəfə baxılıb

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər"





Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan Vahib Xudadatov həbs edilib.

Sonradan məlum olub ki, həbs olunan şəxs ATV telekanalında yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinə çıxaraq orqan transplantasiyası üçün lazım olan vəsait toplayıb.

Bununla bağlı BiG.AZ-a danışan vəkil Əsabəli Mustafayev aparıcı Zaur Baxşəliyevin həmin müalicə pulunun yığılmasında iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalının olduğunu bildirib:

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər""Müalicə pulunun yığılmasında və bu prosesdə iştirak etdiyinə görə ola bilsin ki, Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb edilsin".

Vəkil vurğulayıb ki, əgər pulu yığıb həmin bu adama veribsə deməli o da bu orqan satışının iştirakçısıdır: "Əlbəttə bu sübut olunarsa Zaur Bəxşəliyev cinayyət məsuliyyətinə cəlb edilə bilər. İstintaqın gedişatından aslı olaraq bilinəcək ki, Zaur Bəxşəliyev bu orqan satışında iştirak edib ya yox. Bəlkə o, xeyriyyətçi kimi pulun yığılmasında iştirak edib. Bu məsələdə adamın özünün günahı var. Ola bilsin ki, Zaurun Bəxşəliyev özü bilmirdi ki, iştirakçı kimi iştirak edən şəxs bu işlə məşğuldur. Onun xeyirxahlığından da istifadə oluna bilər. Əlbəttə bütün bunlar istintaq araşdırmalarından sonra bilinəcək".

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram