Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik

26-10-2020, 10:30

Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik





Sabah Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.

DogruXeber.az Azvision.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Yol hərəkəti haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Avtomobil yolları haqqında”, "Özəl tibb fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "Psixiatriya yardımı haqqında”, "Onkoloji yardım haqqında” və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram