Bakıda bu yollar iflic oldu - Bu istiqamətlərə getməyin! - FOTO+YENİLƏNİB









DogruXeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda həm şəhərin mərkəzinə Azneft dairəsindən daxil olan yolda, həm də Nobel prospekti istiqamətində avtomobillərin sıxlığı müşahidə olunmaqdadır. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün saat 8:00-dan Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirilib. Bu məhdudiyyət saat 13:00-dək davam edəcək.



Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulub.

****
Bakıda böyük tıxac yaranıb.

Qaynarinfo xəbər verir ki, səhər saatlarından etibarən Xətai rayonu Nobel prospektində hərəkət iflic olub. Vətəndaşların bildirdiyinə görə, bayram tədbiri ilə əlaqədar olaraq yolu bağlayıblar. Aidiyyatı qurumlardan hələlik bununla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Avtomobil Yolları Dövlət Agentliyindən verilmiş məlumata görə, sözügedən prospektdə, xüsusilə Nargilə dairəsi kimi tanınan ərazidə yol hərəkətinin təşkilində dəyişiklik ediləcək. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə nişanı müvəqqəti ləğv olunacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, məqsəd piyada keçidi yaxınlığındakı yeni geriyədönmənin effektiv olub olmamasını yoxlamaqdır. Əgər dəyişikliyin faydası olmasa həmin ərazidə tıxacı azaltmaq üçün başqa həll yolları düşünüləcək.

Bakıda bu yollar iflic oldu - Bu istiqamətlərə getməyin! - FOTO+YENİLƏNİB


Oxunub: 721

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər