Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda karantin rejimi bu tarixdə bitə bilər - AÇIQLAMA

18-12-2020, 11:31

Azərbaycanda karantin rejimi bu tarixdə bitə bilər - AÇIQLAMA








Xəbər verdiyimiz kimi dekabrın 17-də 4124 nəfər koronavirusa yoluxub, 4 205-i müalicə olunaraq sağalıb və evə buraxılıb.38 nəfər isə "COVID-19"dan vəfat edib. Dünən son iki ayda ilk dəfə sağalanlar yoluxanlardan çox olub. Bu da virusun tədricən azalmağa doğru getdiyi ilə bağlı müəyyən fikirlər formalaşıdırır. Dünyada koronavirus pandemiysının bitmə tarixi ilə bağlı müəyyən fikirlər var. Virisun bir neçə aydan sonra bitəcəyini söyləyənlərlə yanaşı, koronavirus pandemiyasının daha 2 il çəkəcəyi ilə bağlı da proqnozlar var. Bəs Azərbayaycanda koronavirus pandemiyası və mövcud vəziyyətlə bağlı tətbiq olunan karantin rejimi nə zaman bitəcək?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, bir neçə aya çox şey dəyişə bilər:

"Sərtləşdirilmiş karantin rejimi təzə başlayıb. Xeyli insan virusa yoluxub və pandemiya tədricən azalmaya doğru gedir. Artıq kollektiv immunitet formalaşır. Hesab edirəm ki, peyvəndləmə başlayanda xeyli azalma tendensiyası müşahidə olunacaq. Həmçinin peyvəndləmə müəyyən qədər bu zənciri qıracaq, tədricən xəstəliyin azalmasına və təhlükəsiz vəziyyətə düşməsinə gətirib çıxaracaq.

Bütün dünyada virusun yoxa çıxması təxminən eyni mexanizmlə olacaq. Yəni ya peyvəndləmə, ya da kollektiv immunitetlə yoxa çıxacaq. Necə ki, digər respirator viruslarda olduğu kimi. Koronavirus yanvar ayından sonra tədricən azalaraq, təhlükəsiz vəziyyətə düşəcək. Bizdə sərt karantin rejiminə görə qadağalar olsa da küçələrdə və avtobuslarda bu qadağalar hiss olunmur. Avtobuslardakı insan sıxlığı davam edir. Hesab edirəm ki, bu azalma sərt karantin rejiminə görə deyil, Abşeron yarmadasında xeyli insanın xəstələnməsi ilə əlaqədardır. Ümumiyyətlə bu virus təbii virusdursa yanvarın sonuna kimi biz bundan canımızı qurtara biləcəyik. Virus azaldıqca da tədricən qadağalar da aradan götürüləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram