Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İranda sutka ərzində 175 nəfər koronavirusdan ölüb

İranda sutka ərzində 175 nəfər koronavirusdan ölüb
19-12-2020, 15:14 118 dəfə baxılıb

İranda sutka ərzində 175 nəfər koronavirusdan ölüb






İranda ötən sutka ərzində 175 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 53 448 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, İranda ötən 24 saat ərzində 6 421 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 152 072 nəfərə çatıb. Virus daşıyıcılarından 5 591 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 875 943 nəfər koronavirusdan sağalıb, 6,99 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram