Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türkiyədə vaksinasiya başlayır - Tarix açıqlandı

Türkiyədə vaksinasiya başlayır - Tarix açıqlandı
26-12-2020, 14:14 81 dəfə baxılıb

Türkiyədə vaksinasiya başlayır - Tarix açıqlandı










Gələn həftə Çindən alınan peyvəndlərin Türkiyəyə gətirilməsi gözlənilir. 11-18 yanvar tarixlərində isə vaksinasiya prosesi başladılacaq.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama yayıb.Onun sözlərinə görə, peyvəndlər iki həftəlik etibarlılıq üçün dispetçer mərkəzlərində 2-8 dərəcə arasında soyuducu anbarlarda saxlanacaq.

Məlumatda qeyd olunur ki, Çindən alınan bu peyvəndin insanlarda ciddi bir yan təsiri olmayıb.

Nazir bildirib ki, qorunmanın davam etməsi üçün ilk vaksinasiyadan 6 ay sonra təkrar peyvəndlənmə aparılacaq: "Vaksinasiya olunmadığı təqdirdə yoluxma və ölüm riski yüksəkdir. Peyvəndlənmədən sonra həyatımız xeyli asanlaşacaq. İl sonuna qədər 550 min doza peyvəndin Türkiyəyə gətirilməsi gözlənilir. Eyni zamanda, mart ayının sonuna qədər ölkəmizə 4,5 milyon doza vaksin gətiriləcək. Razılaşmamıza əsasən, 30 milyon doza qədər peyvənd əldə edilə biləcək (Teleqraf.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram