Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məktəb direktoru xadimədən 4000 manat məbləğində rüşvət istəyib?

Məktəb direktoru xadimədən 4000 manat məbləğində rüşvət istəyib?
30-12-2020, 18:56 105 dəfə baxılıb

Məktəb direktoru xadimədən 4000 manat məbləğində rüşvət istəyib?









Lerik rayonunun Alhu kənd sakini Rəziyyə Hacıməmməd qızı Fətullayeva rayonun Hamarmeşə kənd orta məktəbində xadimə işləyib. O, Əmək pensiyasına çıxarkən, gəlininin həmin məktəbdə öz yerinə işləməsini istəyib. Bunun üçün məktəbin direktoru Fərman Süleyman oğlu Həşimova ərizə şəklində müraciət edib. Direktor ərizəni qəbul edib və Rəziyyə Fətullayevadan 4000 manat məbləğində rüşvət istəyib. Rəziyyə Fətullayeva bu qədər məbləğin onda olmadığını bildirdikdə, direktor onunla kobud rəftar edib.
Rəziyyə Fətullayeva bu məsələ ilə bağlı Lerik rayon Təhsil Şöbəsinə şikayət etsə də, bu işdə ona heç bir köməklik göstərilməyib.
Qeyd edək ki, Rəziyyə Fətullayevanın həyat yoldaşı və qızı əlildir, oğlu isə ikinci Qarabağ müharibəsində könüllü olaraq səfərbərliyə yazılıb və döyüşlərdə iştirak edib. Hazırda Cəbrayıl rayonunda hərbi xidmətini davam etdirir.aktualxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram