Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib

2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib
11-01-2021, 11:01 93 dəfə baxılıb

2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib











Hesab edirəm ki, yaxın bir ay ərzində Vətən müharibəsindəki qələbəni bizə yaşadan şəhidlərimizin ailələri, qazilərimiz, əlillik qazanan hərbçilərimizin bütün növ sosial ödənişləri və təminatı təmin ediləcək.

DogruXeber.az bildirir ki,Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, bu günə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib:

“Sosial təminatın həyata keçirilməsi zamanı Vətən müharibəsi şəhidləri və qazilərin ailələrinə xüsusi diqqət ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları həmin ailələri mütəmadi olaraq ziyarət edir, problemləri ilə maraqlanırlar. HazırkI dövrə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib. Bundan əlavə 2000 şəhid ailəsi və müharibə əlilinin özünüməşğulluğu təmin edilib. Təqribən 2700 nəfərə sosial psixoloji və reabilitasiya xidmətləri göstərilib ki, bu xidmətlər də hazırda davam edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram