Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəkidə bu kənd soyuq qışla üz-üzə qalıb... - GİLEY

14-01-2021, 09:56

Şəkidə bu kənd soyuq qışla üz-üzə qalıb... - GİLEY









Şəki rayon, Aşağı Göynük kəndinin Mərdanuşağı məhəlləsi sakinlərinin yol ilə bağlı problemləri həll edilmir. Kəndə bu yaxınlarda, Şəhid gəlməsi ilə əlaqədar tələm- tələsik yola çınqıl örtüyü tökülsə də, əksər yollar yağmurlu havalarda daha da keçilməz olur.

DogruXeber.az DİA.AZ-a istinadən xəbər verir ki, kənd sakinlərin başqa bir problemi isə kəndə təbii qazın hələ də çəkilməməsidir. Onlar yaxınlıqdakı meşələrdən qışa tədarük edərək, evlərini odun sobasıyla qızdırırlar. Ancaq 2019 – cu ildən başlayaraq, kəndlilərin öz sözləri ilə desək hökümətin və ya onların havadarlıq etdiyi bəzi işbazlar 1000 hektarlarla meşə ərazisini kürüyərək məhv ediblər və nəticədə sakinlər odun tədarükü imkanından yararlana bilmirlər. Meşə ərazisinin məhv edilməsi, kənd sakinlərinə başqa problemlər də yaradıb. Belə ki, meşələrin məhv olunması nəticəsində, ac qalan yırtıcı heyvanlar onsuz da az qalmış heyvandarlıq və quşçuluğa ciddi ziyan vurmaqdadır.

Aşağı Göynük kəndində örüş yeri də yoxdur, çünki həmin ərazilər “pay torpağı kimi” kənd bələdiyyəsi tərəfindən satılıb. Çarəsiz qalan kənd sakinləri heyvanlarını meşə ərazisində otarmağa məcbur olublar, ancaq həmin meşə də artıq məhv edilb.

Yuxarıda qeyd edilən şikayətlərlə bağlı, dəfələrlə aidiyyatı qurumlara məlumat verilsə də, problemlər hələ də öz həllini tapmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram