Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında  əməkdaşlıq perspektivləri müzakirə olunub
15-01-2021, 10:41 117 dəfə baxılıb

“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında  əməkdaşlıq perspektivləri müzakirə olunub













DogruXeber.az xəbər verir ki,“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru Coel Derbişirlə görüşüb.

Görüşdə Böyük Britaniyanın dağ-mədən sahəsində çalışan şirkətləri ilə “AzerGold” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Cəmiyyətin sədri Zakir İbrahimov “AzerGold” QSC-nin geoloji kəşfiyyat, hasilat, eləcə də digər sahələr üzrə əldə etdiyi nailiyyətlər, regionlarda yeni mədənlərin işə salınması və dağ-mədən sektorunda iqtisadi səmərəliliyinin artırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə “AzerGold”un beynəlxalq əməkdaşlığa önəm verdiyini bildirən sədr Cəmiyyətin Böyük Britaniya şirkətləri ilə uğurlu tərəfdaşlıq təcrübəsinin olduğunu vurğulayıb.

Böyük Britaniya şirkətlərinin dağ-mədən sənayesində qabaqcıl təcrübəyə sahib olduğunu qeyd edən Coel Derbişir təmsil etdiyi ölkənin Azərbaycanla bu sahə üzrə də tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Diplomat həmçinin bu tip görüşlərin əməkdaşlığı daha da genişləndirmək baxımından faydalı imkanlar yaratdığını qeyd edib.

Görüşdə dağ-mədən sektorunda inkişaf tendensiyaları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram