Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Hörmətli media işçiləri,sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim haqqımın Sahil Babayev tərəfindən taptalanmasına yol verməyəsiniz. "

19-01-2021, 12:45 362 dəfə baxılıb

"Hörmətli media işçiləri,sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim haqqımın Sahil Babayev tərəfindən taptalanmasına yol verməyəsiniz. "
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Bu gün Dogruxeber.az informasiya agentliyinin redaksiyasına Suraxanı rayonu, Hövsan qəsəbəsi Hafiz Quliyev küç, ev 24, mən 57-də yaşayan Yusubova Tamara Bağır qızı tərəfindən müraciət daxil olmuşdur. Edilən müraciətdə vətəndaş təqaüdünün düzgün müəyyən olunmadığı haqqında narazılığını bildirib. Onun sözlərinə görə 43 il iş stajı olduğu halda ona müəyyən olunan təqaüd az hesablanmışdır. T.Yusifovanın bildirdiyinə görə məsələ ilə bağlı bütün aidiatı qurumlara müraciət edib. Amma təəssüflər olsun ki,heç bir qurum qaniedici cavab verməyib. Vətəndaşın müraciətini olduğu kimi sizlərin diqqətinə çatdırırıq. 

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi ev 24, mən 57 yaşayan Yusubova Tamara Bağır qızı tərəfindən

                                                     ƏRİZƏ

Mən, Yusubova Tamara Bağır qızı 2014-cü ildə pensiyamın az olduğu üçün Suraxanı rayonunda yerləşən Sabezə getdim pensiyamın az olduğunu bildirdim. Bununla əlaqədar şikayət etdim. Mən şikayətimi 2014-cü ilin aprel ayında etdim. Onlar mənə dedilər ki, sən get biz yoxlayarıq. O zaman mən 196 manat təqaüd alırdım. 2014-cü ilin may ayından mən 255 manat aldım. 2015-ci ilin yanvarından mənə yenə də 196 manat verməyə başladılar. Pensiyam artmaqdan azaldı. Artımlar nəticəsində mənim pensiyam 2018-ci ilin axırına qədər 245 manat olmuşdur. 2019-cu ilin yanvar ayında mənə 332 manat pul verdilər. 2019-cu ilin fevral ayından yenə də 245 manat aldım. Mənim nədən yanvar ayında 332 manat aldığım barədə heç kim açıqlama verə bilmədi. Beləliklə, mən ilin axırına kimi 245 manat aldım. 2020-ci il artımından sonra hal-hazırda 286 manat pensiya alıram. 
Lakin, mənim təqaüdüm artıq olmalıdır. Artımlar 196 manatın yox, 255 manatın üstünə gəlməli idi. mənimlə eyni iş stajına malik olanlar, məndən artıq pensiya alırlar. 
 
Mən pensiyamla əlaqədar çox yerə müraciət etdim. Mən Birinci xanım Mehriban Əliyevayada məktubla müraciət etdim. Onlar mənim şikayətimi Suraxanı rayonundakı Sabez şöbəsinə göndərdilər. onlar isə mənə yenə də öz dedikləri cavabı göndərdilər. sabezdə işləyən Fazil adlı şəxs mənə dedi ki, hara istəyirsən get, pensiyan artmayacaq. Çünki, sən mənə vaxtında hörmət etmədin. 
Bundan sonra mən ərizə ilə Suraxanı rayon İcra Hakimiyyətinə getdim. Orada mənə Fikrət adlı oranın işçisi dedi ki, ərizəniz lazım deyil, mən deyərəm bu işinizi düzəldərlər. Heç bir düzəliş olmadı, sonra nə qədər zəng etdimsə Fikrət mənə cavab vermədi. 
Mənim əmək kitabçamda 43 ildən artıq iş stajım var. Lakin, hansı səbəbdənsə sabezdə mənə 37 il iş stajım olduğunu deyirlər. Mənim yanımda hesablayanda isə 43 ildən artıq staj alınır. 
 
Mən 30.10.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinə gedərək pensiyam haqdında müraciət etdim. Onlar mənə 37 il 3 ay 23 gün stajım olduğunu bildirdilər. mən narazılığımı bildirdim. Elə həmin gün aradan pensiyamla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Mənə dedilər ki, bir aya, ay yarıma cavab gələcək. 
 
14 dekabr 2020-ci il tarixində mənə cavab gəldi. Maraqlısı odur ki, onlar mənim iş stajımı bir az da azaltdılar. Cavabda mənim 34 il 4 ay stajım olduğu yazılıb. Mən heç cürə anlaya bilmirəm ki, bu nə deməkdir. 
Bütün bu qeyd etdiklərimlə bağlı hansı qurumlara müraciət etdimsə əfsuslar olsun ki, heç kim mənim müraciətimə düzgün cavab vermədi. 
Bunun üçün mən sizin redaksiyaya müraciət edirəm. Mənim müraciətimi nəzərə alıb, düzgün cavablandırasınız. Öz informasiya agentliyinizdə dərc edib, ictimailəşdirəsiniz. 
 
Hörmətli media işçiləri. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim haqqımın Sahil Babayev tərəfindən taptalanmasına yol verməyəsiniz. 
Mənim əmək kitabçam əlimdədi, 43 il stajım var. Bir daha xahiş edirəm ki, buna daha diqqətlə yanaşasınız. 
Hörmətlə ananız Tamara xanım!
Redaksiya qarşı tərəfin söz haqqını tanıyır:
"Hörmətli media işçiləri,sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim haqqımın Sahil Babayev tərəfindən taptalanmasına yol verməyəsiniz. "






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram