Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Türk ölkəsi Bakıdan pomidor idxalını dayandırdı

Türk ölkəsi Bakıdan pomidor idxalını dayandırdı
20-01-2021, 19:32 164 dəfə baxılıb

Türk ölkəsi Bakıdan pomidor idxalını dayandırdıQazaxıstan qəhvəyi qırış virusu (Tomato brown rugose fruit virus – ToBRFV) ilə əlaqədar Azərbaycandan pomidor idxalını qadağan edib.

DogruXeber.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi sözügedən virusun aşkarlanması ilə əlaqədar Azərbaycanda yetişdirilən pomidorların idxalına qadağa qoyulması barədə Rusiyanın sözügedən qurumunu məlumatlandırıb.

Pomidor idxalına yanvarın 16-da qadağa qoyulub.

Rusiya İdarəsinin qazaxıstanlı həmkarlarından aldığı məktuba əsasən, Azərbaycan tərəvəzləri 2 və 12 yanvar tarixlərində Qazaxıstana Azərbaycanın müvafiq idarəsi tərəfindən verilmiş fitosanitar sertifikatların müşayiəti ilə daxil olub.

Qeyd edək ki, Azərbaycanda bu sertifikatı AQTA verir.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram