Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda əhalinin vaksinasiyaya münasibəti necədir? - SORĞU

Azərbaycanda əhalinin vaksinasiyaya münasibəti necədir? - SORĞU
3-02-2021, 12:17 84 dəfə baxılıb

Azərbaycanda əhalinin vaksinasiyaya münasibəti necədir?
Əhalinin COVID-19 əleyhinə vaksinasiyaya münasibətini öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən sorğu keçirilib.

Sosial Tədqiqatlar Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında telefonla aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1200 respondent iştirak edib.

Respondentlərlə müsahibələr 2021-ci ilin 22-24 yanvar tarixlərində aparılıb. Respondenlərin 92.0%-nin yanvarın 18-dən etibarən COVID-19 virusu əleyhinə vaksinlərin Azərbaycanda da vurulmağa başlanması haqqında məlumatı var. İnsanların COVID-19 əleyhinə vaksinlərlə bağlı məlumatları aldıqları iki əsas mənbə: yerli televiziyalar (67.3%) və sosial şəbəkələrdir (43.2%). Respondentlərin 18.3%-i yaxın müddətdə, bir o qədər respondent də (18.5%) müəyyən müddətdən sonra COVID-19 virusu əleyhinə peyvənd olunmağı düşünür. Ümumilikdə 41.3% respondent peyvənd olunmağı düşünmür (müvafiq olaraq, 10.8% "yaxın müddətdə düşünmürəm”, 30.5% ümumiyyətlə düşünmürəm).

Demək olar ki, hər beş respondentdən biri (21.9%) peyvənd vurdurmaqla bağlı qərarsızdır.Respondentlərin 58.3%-i peyvənd olunacağı təqdirdə bunun mənfi təsirinin olacağını düşünür. Kişilərin 45.0%-i, qadınların isə 28.0%-i yaxın gələcəkdə və ya bir müddət sonra vaksin vurdurmaq istəyir. COVID-19 virusu əleyhinə peyvənd olunmağı düşünən respondentlər əsas səbəb kimi, pandemiyadan yeganə çıxış yolunun vaksinasiya olduğunu (62.7%), risk qrupuna daxil olduğunu (15.8%), işini (13.1) göstərib. COVID-19 virusu əleyhinə peyvənd vurdurmaq istəməyən respondentləri bir neçə məsələ narahat edir. Belə ki, respondentlərin 46.5%-i vaksinin əks təsirlərindən qorxduğu üçün, vaksinin keyfiyyətinə güvənmədiyi üçün (25.3%), vaksin hələ yeni olduğundan vurulan insanlara təsirini bilmədiyi üçün (17.3%) peyvənd olunmaq istəmirlər.

Həmçinin, 15.4% respondent hazırkı sağlamlıq durumunun imkan vermədiyinə görə, 10.3% isə COVID-19 səbəbindən ağır xəstələnmə riski altında olan insanlara aid olmadığını düşündüyünə görə peyvənd olunmaq istəmir. Respondentlərin yarısından çoxu (52.2%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını, 27.2%-i isə az qorxduğunu bildirib. Cəmi 20.7% respondent COVID-19-a yoluxmaqdan çox qorxur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram