Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Mehdiyevdən qalan daha bir icra başçısı... - İTTİHAM Tarix: Bu gün, 08:44 | Çap et

Mehdiyevdən qalan daha bir icra başçısı... - İTTİHAM Tarix: Bu gün, 08:44 | Çap et
17-02-2021, 16:00 93 dəfə baxılıb

Mehdiyevdən qalan daha bir icra başçısı... - İTTİHAM Tarix: Bu gün, 08:44 | Çap et













Bərdədə rayon qəzetində korrektorluqdan fəaliyyətə başlayan Rafil Hüseynov yatsa yuxusuna da girməzdi ki, zaman gələcək Masallının, sonra isə Ağcabədinn icra başçısı olacaq.
Bəli, keçmiş komsomolçu olan Rafil Hüseynov bir müddət kənd təsərrüfatı sistemində çalışandan sonra 2012-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Ancaq Masallı camaatı və mediada yazılanlar şahidlik edir ki, icra başçısı olduğu müddətdə Rafil Hüseynov ancaq pislikləri ilə yadda qalıb. Şəhid ailələrinə qarşı hörmətsizlik, obyektləri satmaq, rayondakı qəbristanlığın ərazisini özəlləşdirmək kimi məsələlər icra başçısının adı ilə bağlı olub.
Biz hələ icra başçısının Novxanıdakı 60 sot ərazidə 5 milyon dəyəri olan 3 mərtəbəli villasını demirik.
Bundan əlavə Qax rayonunun İlisu kəndində də xüsusi istirahət mərkəzi tikdirib.
Rafil Hüseynov bir rüsvayçı hadisə ilə də yaddaşlara yazılıb. O, şəhidin statusunu ləğv etdirmək üçün az qala bütün dövlət qurumlarına müraciət edib. Səbəb isə şəhid ailəsinin torpaq istəməsi olub. Bəs onda hektarlarla torpaq sahəsini icra başçısı necə ələ keçirib ?
Bütün bunlar azmış kimi icra başçısının oğlu Şəhriyar Hüseynzadənin gecə barlarında əyləncələr təşkil etməsi mediada geniş yayılıb. Sonra məlum olub ki, başçının oğlu polis zabitidir. Onun avtomobil salonuna silahlı hücum etməsi, zorakılığı da dillər əzbəridir. Hətta vətəndaşı şalvarsız sürüyürək aparması da cəmiyyətdə ciddi rezonans doğurmuşdu.
Nəhayət cənab nazir Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarıldı.
Amma bir sual açıq qalır: Öz ailəsini tərbiyə edə bilməyən birisi 100 minlik rayona necə rəhbərlik edə bilər?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram