Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

 "Ramiz müəllimlə bundan sonra barışmağımız mümkün deyil"


22-02-2021, 13:01 79 dəfə baxılıb

  "Ramiz müəllimlə bundan sonra barışmağımız mümkün deyil"







“Haqqımda nə deyibsə, desin, burda nə olub ki? Qaldı ki, o qohumçuluqda mənim heç bir vasitəçiliyim olmayıb. Orda nə məsləhət verdim, nə də iştirak etdim”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev bir zamanlar dostluq etdiyi Xalq artisti Ramiz Əzizbəylinin onun haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib. R.Balayev küsülü olduğu həmkarı ilə heç vaxt barışmayacağını bildirib:

“Ramiz müəllimlə bundan sonra barışmağımız mümkün deyil. Haqqımda nə deyibsə, desin, burda nə olub ki? Qaldı ki, o qohumçuluqda mənim heç bir vasitəçiliyim olmayıb. Orda nə məsləhət verdim, nə də iştirak etdim. Sadəcə biz Ramiz müəllimlə yaxın dost olmuşuq. Onun da qızı mənim baldızımın oğluyla ailə qurub. Bu işlərə qarışmaqdan bir az ehtiyat edən adamam. Çünki yaxşı olanda deyirlər ki, biz etmişik, pis olanda isə günahı başqasının boynuna yıxırlar. Ona görə belə şeylərdə mən özümü uzaq tuturam. Hətta öz uşaqlarım da ailə quranda çalışmışam ki, öz seçdikləri insanla ailə qursunlar. Çünki sonra nəsə olanda deməsinlər ki, bizi siz bədbəxt etdiniz. Düzdü, nəzarət də olmalıdır. Ramiz müəllimin qızıyla baldızımın oğlunun ailəsində problem oldu, düz gəlmədilər, ayrıldılar”.

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli müsahibəsi zamanı qızının Xalq artisti Rasim Balayevin baldızı oğlu ilə ailə qurduğunu və daha sonra boşandıqlarını bildirib. Buna görə isə o, illərdir münasibəti olduğu Rasim Balayevlə dostluqlarının üstündən xətt çəkdiyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram