Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Moskva Ermənistan müxalifətini MƏYUS ETDİ

Moskva Ermənistan müxalifətini MƏYUS ETDİ
23-02-2021, 17:30 73 dəfə baxılıb

Moskva Ermənistan müxalifətini MƏYUS ETDİ















Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşdı.

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Rusiya meyilli qüvvələr əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etdilər:

"Xatırlayırsızsa, müharibə bitdikdən sonra İrəvan küçələrinə toplaşan ermənilər Rusiyanı və onun rəhbərliyini kəskin formada təhqir hədəfinə çevirmişdi. Bütün bunlar isə onunla əlaqədar idi ki, Rusiya ənənəvi müttəfiqini müharibədə tək qoydu və ya Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən müharibəyə Moskvadan seyirçi mövqedən yanaşıldı. Belə olan təqdirdə, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin kütlə mövqeyindən çıxış etməkdən başqa çarələri qalmır. Hətta Rusiya meyilli qüvvələr belə əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etmək məcburiyyətində qaldılar.

Məsələnin başqa bir tərəfi də var. Rusiya dövləti regionda formalaşmaqda olan yeni geosiyasi dinamikanın davam etməsində maraqlıdır. 11 yanvar Moskva görüşünün nəticələri də bunu təsdiq edir. Moskva 10 noyabr bəyanatının maneəsiz şəkildə icra edilməsi üçün Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir. Belə olan halda Ermənistan müxalifətinin Rusiyadan gözləntiləri suya düşmüş olur. Ona görə də radikal siyasi qüvvələr artıq Qərbə doğru reveranslar etməyə çalışırlar".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram