Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan diasporu Macarıstanı Xocalı soyqırımını tanımağa çağırıb

Azərbaycan diasporu Macarıstanı Xocalı soyqırımını tanımağa çağırıb
24-02-2021, 17:03 80 dəfə baxılıb

Azərbaycan diasporu Macarıstanı Xocalı soyqırımını tanımağa çağırıb














Macarıstanda fəaliyyət göstərən "Qardaşlıq" Macar-Azəri Birgə Dostluq Cəmiyyəti və Azərbaycan Evi ölkənin dövlət qurumlarını 29 il öncə baş vermiş Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.

Diapsorla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, cəmiyyətin sədri və Azərbaycan Evinin direktoru Ramiz Əmirlinin imzası ilə Macarıstan parlamentinə və Xarici işlər nazirliyinə ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində Xocalı soyqırımını törədiblər və Avropa dəyərlərini, insan hüquqlarını kobudcasına tapdalayıblar: "Xocalı əhalisi hərbi toqquşma zamanı deyil, əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmənin nəticəsində qətlə yetirilib. Xocalı soyqırımı zamanı insanlar xüsusi vəhşiliklə öldürülüb, meyitlər təhqirə məruz qalaraq, tanınmaz hala salınıb".

Qeyd edilib ki, Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırım cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib və bu kütləvi qırğını törədənlərin hələ də məsuliyyətə cəlb olunmaması gələcək cinayətlər üçün münbit zəmin yaradır: "Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması naminə Xocalıda baş verənlər Soyqırımı kimi qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram