Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Köhnə eşalon islahatların qarşısını nə vaxta qədər ala biləcək... - AKTUAL

Köhnə eşalon islahatların qarşısını nə vaxta qədər ala biləcək... - AKTUAL
25-02-2021, 10:46 66 dəfə baxılıb

 Köhnə eşalon islahatların qarşısını nə vaxta qədər ala biləcək... - AKTUAL







Azərbaycanda bir qrup məmur-oliqarx var ki, onlar islahatlara daim mane olmağa çalışır, müxtəlif sabotajlar edirlər. Çünki şəffaflıq onların işinə yaramır. Belə məmurların nə zaman “kökünün kəsiləcəyi” ilə bağlı da müzakirələr gedir.

Məsələn, hələ də icra başçıları var ki, vətəndaşın kartını oğurlayırlar, korrupsiya mexanizmi ilə çalışırlar. Bəzi nazirlər də böyük korrupsiyanın əsas həlqələridir.

Azərbaycan Prezidentinin bu yöndə siyasəti, tutduğu xətt isə hər kəsə bəllidir. Ölkə başçısı açıq, çevik və müasir dünyagörüşlü komanda formalaşdırmaqda davam edir. Burada gənclərə də ciddi rol verilir.

Bəs təfəkkürünü dəyişə bilməyən, sabotajçı məmurlardan nə zaman tamamən qurtula biləcəyik?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, tamahını idarə edə bilməyənlərin vəzifə başında qalması artıq mümkün deyil: “Təəssüf ki, belələri uzun illər ərzində cəmiyyəti qıcıqlandıran çirkin əməlləri ilə iqtidarın da nüfuzuna ciddi zərbə vuraraq, xalqla hakimiyyət arasında gərginlik yaratmağa xidmət ediblər. Bu bədbəxtlərin gözünü tamahları o qədər bağlayıb ki, məşhur bir deyimi belə tamam unudublar - ”Dövlətdən oğurlamaq olmaz, çünki dövlət istəyəndə dovşanı araba ilə tutur". Bax, bu gün dövlət oğurlayıb getmişləri də tutub, yağmaladıqlarını geri alır. Çox yaxşı haldır ki, artıq belələrinin yalnız vəzifədən uzaqlaşdırılması baş vermir və həm də dövlətdən oğurladıqları pullar geriyə qaytarılır. Bu addım dövlətdə bundan sonra vəzifə tutacaq adamlar üçün çox yaxşı bir nümunədir. Hesab edirəm ki, hakimiyyət cəmiyyəti yaramaz əməlləri ilə bezdirmiş və xalqın pullarını talayan qalan məmurlarla da mümkün qədər tez bir zamanda yollarını ayırmalıdır. İş təkcə bununla bitməməli və onların dövlətdən oğurladıqları milyardlar da geriyə, dövlətə qaytarılmalıdır. Sadə bir prinsip var. Kimsə oğurluq edirsə, deməli, xəyanət edir. Xəyanət edən birisini işdən çıxarıb, onu oğurladığı pullarla baş-başa qoymaq isə o deməkdir ki, bu dəfə o, daha böyük bir xəyanətə imza atacaq. Çünki o, xəyanət etməyi bacaran birisidir!

Vəzifə başına yeni gələnlər isə yalnız dövlətə qulluq edə biləcək adamlar olmalıdır. Burada vəzifədə olan yaşlıları yola salıb, yerlərinə gəncləri gətirmək problemin həlli sayıla bilməz. Bu sıraya yaşından asılı olmayaraq xalqını, dövlətini sevən və dövlət maraqlarını şəxsi maraqlardan üstün tutan, tamahını idarə edə bilən insanların gəlməsi lazımdır".

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə bildirdi ki, Azərbaycanda bütün sahələrdə dərin və köklü islahatlar həyata keçirilir: “İstər struktur və kadr etibarilə, istərsə də yeni institusional qurumların formalaşdırılması baxımından bu istiqamətdə ciddi irəliləyişə nail ola bilmişik. Şübhəsiz ki, baş verən bu mühüm dəyişikliklər hakimiyyətin siyasi iradəsinə söykənməklə yuxarıdan aşağı şaqulu islahatlar kimi səciyyələndirilir. Əgər biz bu islahatların daha genişmiqyaslı və daha dərin olmasını istəyiriksə, cəmiyyət olaraq aşağıdan yuxarı təşəbbüslərlə bu islahatları dəstəkləməliyik. Əslində hazırda artıq həmin mərhələyə qədəm qoymuşuq. Bu gün ictimai təşəbbüslər və ictimai rəy özünü islahatların hərəkətverici qüvvələrindən biri kimi görür və bu, olduqca təqdirəlayiq bir haldır. Ona görə də əminliklə deyə bilərik ki, artıq Azərbaycanda islahatlar dönməz xarakter alıb və xalq tərəfindən dəstəklənməklə yaxşı səmərəli nəticələrə gətirib çıxarır. Hazırkı mərhələ isə ondan ibarət olmalıdır ki, ictimai rəy tərəfindən qınaq, yaxud mühakimə obyektinə çerilən hər hansı qurum, ya da onun rəhbəri varsa, onlarla bağlı müvafiq tədbirlər görülməlidir. Məsələn, bugünlərdə bəlli oldu ki, bəzi qurumlara ictimai etimad sıfır səviyyəsindədir. Hətta onların yaxşı təşəbbüsləri belə ictimai rəydə mənfi reaksiya doğurur. Qaz və su sayğaclarının dəyişdirilməsi məsələsində biz bunun şahidi olduq.

Ona görə də islahatların ictimai etimadı itirmiş qurumlara fokslanması hazırkı vəziyyətdə aktualdır və belə də olmalıdır. Yerli və mərkəzi icra hakimiyyətlərində islahatlara gəldikdə isə qeyd etməliyik ki, islahatların əsas obyektlərindən biri elə onlardır. Biz son dövrlərdə bu istiqamətdə nə qədər ciddi addımlar atıldığını, həbslər də daxil olmaqla, çoxsaylı, eyni zamanda olduqca sərt inzibati və hüquqi tədbirlərin görüldüyünün şahidi olduq. Ancaq belə düşünmək yanlış olardı ki, islahatların məqsədi elə hamını, yəni məsul və səlahiyyətli şəxsləri ucdantutma həbsə göndərmək, yaxud onlar haqqında mütləq hansısa cəza tədbiri görməkdir. İslahatların məqsədi daha səmərəli idarəetmə yaratmaqla vətəndaş narazılığı yarada biləcək qurum və kadrları arxada buraxmaq, cəmiyyətin inkişafına və vətəndaşın rifahına nail olmaqdır. Hazırda elə bu istiqamətdə ardıcıl addımlar atılır və bu bir prosesdir. Proses isə davam edir”. //musavat.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram