Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan ötən il Ukraynadan 182 ton kolbasa alıb

Azərbaycan ötən il Ukraynadan 182 ton kolbasa alıb
26-02-2021, 16:45 110 dəfə baxılıb

Azərbaycan ötən il Ukraynadan 182 ton kolbasa alıb

















2020-ci ildə Azərbaycan Ukraynadan ümumilikdə 182 ton kolbasa və kolbasa məmulatları idxal edib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu həcm Ukraynanın ümumikdə ixrac etdiyi kolbasa və kolbasa məhsullarının 13 %-nə bərabərdir.

Ötən il Ukrayna ümumilikdə 1 400 ton kolbasa və kolbasa məmulatları ixrac edib. Ukrayna kolbasasının əsas alıcısı 350 tonluq (25 %) göstərici ilə Nigeriya olub.

Hesabat dövründə Ukraynadan Gürcüstana 294 ton (21 %), İordaniyaya 154 ton (11 %), Moldovaya isə 70 ton (5 %) kolbasa və kolbasa məhsulları ixrac edilib.

2020-ci ildə Ukraynanın idxal etdiyi kolbasa və kolbasa məhsullarının həcmi isə 4 700 ton təşkil edib. Bu həcm 2019-cu illə müqayisədə 2 dəfə, 2016-cı illə müqayisədə isə 12 dəfə çoxdur.

İdxal əsasən Avropa ölkələrindən həyata keçirilib. Bu baxımdan Polşa lider olub. Bu ölkədən Ukraynaya 3 431 ton kolbasa və kolbasa məhsulları idxal edilib ki, bu da ümumi kolbasa və kolbasa məhsullarıın idxalında 73 % paya bərabərdir. İdxalın dəyərinə görə isə İspaniya ilk yeri tutub. Bu ölkədən Ukraynaya 2 021 ton kolbasa və kolbasa məhsulları gətirilib ki, bu da ümumi kolbasa və kolbasa məhsullarıın idxalına çəkilən xərcdə 43 % paya malik olub.

Bununla belə, Ukrayna bazarında idxal kolbasanın ümumi payı cəmi 1,4 % təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram