Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İLHAM ƏLİYEVİN İRANLI JURNALİSTƏ VERDİYİ “DƏRS”… – Eldar Sabiroğlu yazır

İLHAM ƏLİYEVİN İRANLI JURNALİSTƏ VERDİYİ “DƏRS”… – Eldar Sabiroğlu yazır
26-02-2021, 18:30 64 dəfə baxılıb

 İLHAM ƏLİYEVİN İRANLI JURNALİSTƏ VERDİYİ “DƏRS”… – Eldar Sabiroğlu yazır







Bu gün xalqımızın ən ağır və faciənin miqyasına görə ən dəhşətli günlərindən biri olan Xocalı qətliamının ildönümüdür. Prezident İlham Əliyevin ölkə və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransını əvvəlldən axıra qədər dinlədim. Həqiqətən qürur duydum.

Təxminən saat 11-də başlayan və saat 16 – ya qədər çəkən konfransda dövlət başçımız böyük təmkin və iradə nümayiş etdirərək ünvanına yönələn ikibaşlı yanaşmaları tərzini pozmadan cavablandırdı. İranlı jurnalist xanımın Ermənistanı sətiraltı müdafiə edən sualını çox sakit və eyni zamanda İrana dərs verəcək şəkildə cavablandırmasını dəyərləndirməmək qətiyyən doğru mövqe olmazdı. Dövlət başçımızın həqiqətən yüksək intellekt səviyyəsi, dərin bilik və savadı, xüsusilə ana dilimizi mükəmməl bilməsi məndə həqiqətən iftixar hissi oyatdı. 44 günlük müharibə zamanı da onun çıxışlarına və hər gün dünyanın nüfuzlu mediasına verdiyi müsahibələrə baxarkən də eyni hissləri keçirmişdim. İstər daxili, istərsə də xarici faktorları və ad çəkməsəm də bəzi dil pəhləvanlarını tam tərk silah etdi.

Doğrudan, mənim özüm də sabiq dövlət başçılarımızla müqayisədə prezident İlham Əliyevin Azərbaycan dilini bu qədər zəngin bilməsini, fikir və düşüncələrini əsl ziyalı məntiqi ilə ortaya qoymaq bacarığını təsəvvür etməzdim.

 İLHAM ƏLİYEVİN İRANLI JURNALİSTƏ VERDİYİ “DƏRS”… – Eldar Sabiroğlu yazır







Şəxsiyyətin bütövlüyünü inikas etdirən başlıca şərt həm də onun ana dilinə nə dərəcədə bağlı olması ilə əlaqədardır. İlham Əliyevin rus mühitində böyüdüyünü və təhsil aldığını nəzərə alarıqsa onun ana dilimizdə sevərək danışmasını adi istedad hesab etməzdim. İlham Əliyevin hadisə və faktlara yanaşma tərzi və onları siyasi təhlil baxımından olduqca dürüst və hamının başa düşəcəyi dildə insanlara çatdırmasını qeyri-adi istedad hesab edərdim. O, informasiya müharibəsində də təkbaşına olaraq aydın dildə düşmənin kürəyini yerə vurdu.// Dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram