Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Prezident İlham Əliyev: “Türkiyə bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”

Prezident İlham Əliyev: “Türkiyə bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”
27-02-2021, 14:32 56 dəfə baxılıb

Prezident İlham Əliyev: “Türkiyə bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”



















“Türkiyə müharibənin ilk günlərindən çox müsbət mövqe göstərib - sülhə, sabitliyə hesablanmış mövqe. Eyni zamanda ilk günlərdə Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini verib. Əziz qardaşım, hörmətli Prezident Ərdoğan ilk günlərdən çox qəti açıqlamalar verib. Digər vəzifəli şəxslər - Milli Müdafiə naziri, xarici işlər naziri, TBMM sədri və digər nazirlərin açıqlamaları ilə bizə verilən siyasi və mənəvi dəstək, həm də bizi çox gücləndirdi. Eyni zamanda bir çoxları üçün çox ciddi mesaj oldu”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, müharibədən sonra da Türkiyə çox olumlu mövqe göstərir: “Dünən Türkiyənin çox rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər. Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında Baş nazir müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfinə məlumdur. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün bütün dünyada güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram