Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

FAO: Qlobal ərzaq qiymətləri doqquzuncu aydır artır

FAO: Qlobal ərzaq qiymətləri doqquzuncu aydır artır
4-03-2021, 17:15 48 dəfə baxılıb

FAO: Qlobal ərzaq qiymətləri doqquzuncu aydır artır




















Bu ilin fevral ayında dünyada ərzaq qiymətlərinin ümumi indeksi illik nisbətdə 2,8 bənd və ya 2,4% artaraq 116 bəndə çatıb.

“APA-Economics”in məlumatına görə, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasında deyilir.

Bu göstərici ardıcıl olaraq doqquzuncu aydır artır və 2014-cü ilin iyul ayının əvvəlki maksimumuna yaxınlaşıb. FAO bütün növ malların, ən başlıcası şəkər və bitki yağının qiymətlərində artımın qeyd olunduğunu bildirir. Belə ki, şəkərin qiymət indeksi 6 pillə (6,4%) artaraq 100,2 bəndə yüksəlib və 2017-ci ilin aprel ayından bəri rekord göstəriciyə çatıb.

Bitki yağı qiymətləri indeksi yanvar ayına nisbətən 8,6 bənd (6,2%) artaraq 147,4 bənd təşkil edib ki, bu da 2012-ci ilin aprelindən bəri ən yüksək göstəricidir. İndeks ardıcıl olaraq doqquzuncu aydır artır.

Bu indeksin davam edən yüksək dəyərləri xurma, soya, kolza və günəbaxan yağı qiymətlərindəki artımı əks etdirir.

Taxıl qiymətləri indeksi aylıq ifadədə 1,5 bənd və ya 1,2% artaraq 125,7 bəndə yüksəlib. Sorgum və qarğıdalı üçün dünya qiymətlərində kəskin artımın olduğu bildirilir. Eyni zamanda, buğdanın fevral ayında ixrac qiymətləri dəyişməz qalsa da, keçən ilə nisbətən 19,8% daha yüksək olub.

Süd məhsullarının qiymət indeksi 1,9 bənd (1,7%) artaraq 113 bəndə çatıb.

Ət qiymət indeksi isə 96,4 bənd (artım 0,6 bənd və ya 0,6%) təşkil edib ki, bu göstərici ardıcıl beşinci aydır artmaqdadır. Mal və quzu ətinin bahalaşması xüsusilə əsas istehsal bölgələrindən tədarükün məhdud olması səbəbindən baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram