Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəkidə Fermerlər subsiyadaların gecikməsindən narazıdır - Kənd Təsərrufatı Nazirliyi məsləyə niyə laqeyd yanaşır?

Şəkidə Fermerlər subsiyadaların gecikməsindən narazıdır - Kənd Təsərrufatı Nazirliyi məsləyə niyə laqeyd yanaşır?
8-03-2021, 13:20 234 dəfə baxılıb

Şəkidə Fermerlər subsiyadaların gecikməsindən narazıdır - Kənd Təsərrufatı Nazirliyi məsləyə niyə laqeyd yanaşır?






DogruXeber.az informasiya agentliyinin redaksiyasına Şəki rayon Sarıca kənd sakini Hacalıyev Fikrət Fəqan tərəfindən müraciət daxil olmuşdur.
Müraciətdə Şəki rayonu, taxılçılıq adlanan ərazisində, daha dəqiq desək Sarıca, Qayabaşı, Bolludərə, Qaratorpaq və digər qonşu kəndlərdə yaşayan fermerlərin yazlıq kübrə və alaq dərmanları ilə bağlı problemləri yarandığı deyilir. Onlar dövlət tərəfindən ayrılmış yaxud ayrılacaq subsidiyaların və kübrələrin, eləcə də alaq otları dərmanlarının verilməməsi, həmçinin nə zaman veriləcəyi ilə bağlı da məlumatlarının olmamasından şikayət edirlər. Sözügedən məsələ ilə bağlı sakinlər dəfələrlə yerli İcra nümayəndəliyinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin regional şöbəsinə müraciət etmələrinə baxmayaraq, hər dəfə eyni cavabı, "biz də bilmirik. Kənd Təsərrüfatı Nazirliyinə müraciət edin" cavabını alıblar.
Məlumdur ki, əgər bu məsələdə gecikmə olarsa, əhalinin əkinləri aşağı məhsuldarlıq verə bilər ki, bu da nəyinki əhalinin yaşayışına, hətta dövlət büdcəsinə belə mənfi təsir göstərəcək.
Hesab edirik ki, Kənd Təsərrufatı Nazirliyi tezliklə məsələnin həlli üçün müvafiq addımlar atacaq və sakinlərin mövcud problemləri aradan qaldırılacaq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram