Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Qarabağdan fərqli olaraq Donbass separatçıları 44 gün müqavimət göstərə bilməyəcək...” - UKRAYNA HÜCUMA HAZIRLAŞIR

“Qarabağdan fərqli olaraq Donbass separatçıları 44 gün müqavimət göstərə bilməyəcək...” - UKRAYNA HÜCUMA HAZIRLAŞIR
10-03-2021, 14:16 134 dəfə baxılıb

“Qarabağdan fərqli olaraq Donbass separatçıları 44 gün müqavimət göstərə bilməyəcək...” - UKRAYNA HÜCUMA HAZIRLAŞIR








Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı qələbədən sonra Ukraynanın şərqindəki rusiyameylli separatçıların təşvişə düşdüyü məlumdur. Buna səbəb Ukrayna ordusunun da Azərbaycanın təcrübəsindən və döyüş taktikasından istifadə edərək Donbass üzərində nəzarətini bərpa etməyə hazırlaşdığı haqda xəbərlərdir.

Virtualaz.org qeyd edir ki, son günlər belə xəbərlərin intensivliyi artıb. Eləcə də təmas xətti boyu ağır silahların və tankların da tətbiqi ilə tez-tez atışmalar qeydə alınır. Ukrayna ordusunun təmas xəttinə ağır silahlar və hərbi birləşmələr cəmləşdirdiyi haqda faktlar var, hücum əməliyyatının yaz aylarında başlayacağı deyilir. Separatçıları təşvişə salan həm də budur ki, Ukrayna ordusu da Qarabağda döyüş əməliyyatlarının gedişinə ciddi təsir edən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlanıb.

Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma ciddi hazırlaşıb və Donbass separatçılarının (“DNR” və “LNR”) Qarabağdan fərqli olaraq 44 gün müqavimət göstərmək imkanı olmayacaq.

Ekspert rusdilli KİV-lərə açıqlamasında bildirib ki, Ukrayna ordusunun hücum potensialı yüksək səviyyədədir. Çünki son illərdə ABŞ və NATO-nun rəhbərliyi altında ciddi hazırlıq keçib. Vaşinqton Ukrayna ordusunun 4 briqadasının təlim-döyüş hazırlığına və təchizatına 250 milyon dollar sərf edib. Habelə döyüş pilotsuz təyyarələri ilə silahlanıb.

Qarabağ müharibəsində özünün saxta xəbərləri ilə ad çıxaran WarGonzo telegram-kanalının aparıcısı Semyon Peqov isə iddia edir ki, Ukrayna ordusunun hücumu iki istiqamətdən başlayacaq. Bunlar Qorlovka və Novoazovsk istiqamətləridir. “Strateq” Peqov hesablayır ki, birinci istiqamətdən irəliləyən Ukrayna qüvvələri Luqansk və Donetsk arasında strateji əhəmiyyətli yolu kəsəcəklər, ikinci istiqamətdən isə maksimal tezliklə Rusiya ilə dövlət sərhədinə çıxacaqlar.

“Luqansk xalq respublikası”ından jurnalist və siyasətçi Rodion Miroşnik isə “Vladimir Solovyovla axşam” proqramında deyib ki, Luqansk və Donetsk yeni hərbi eskalasiyada Rusiyanın köməyinə müraciət etməli olacaqlar. Çünki onların Ukrayna ordusuna qarşı dayanmaq gücü yoxdur. Separatçıların nümayəndəsi qeyd edib ki, Ukrayna ordusunun şəxsi heyəti rəsmən 240 mindir, amma Arsen Avakovun sərəncamında 340 minə qədər qüvvə var və beləliklə, Donbassa 600 minlik qüvvə hücuma keçəcək. Ona görə də “Donetsk və Luqansk xalq respublikaları” hökmən Rusiyanın köməyinə müraciət edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram