Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql ediləcək

Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql ediləcək
17-03-2021, 14:01 117 dəfə baxılıb

Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql ediləcək








Rusiya qazının Ermənistana nəqli müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.

Bu barədə "Gazprom Export” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Qərar Rusiya qazının Gürcüstan ərazisindən keçən "Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin təmiri ilə əlaqədardır.

""Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı profilaktik təmir işləri gedən müddətdə Rusiya qazı istehlakçılara Azərbaycan üzərindən tədarük ediləcək. Martın 16-da "Qazprom Export” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”,- deyə məlumatda qeyd olunub.

Müqavilədə "Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlı profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən Gürcüstanla sərhədədək yerləşən istehlakçılara tədarük ediləcəyi bildirilir.

Təmir işlərinin təxminən üç həftə çəkəcəyi gözlənilir. Təmir tamamlandıqdan sonra Rusiya qazının əvvəlki marşrut üzrə nəql ediləcəyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram