Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT

Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT
17-03-2021, 17:41 112 dəfə baxılıb

Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT






Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən keçirilən tenderlərin qalib “Piramida-F.R.” MMC olub.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatda bu MMC-nin liftlərə texniki xidmət göstərəcəyi qeyd olunub. Bu iş üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi “Piramida-F.R.” MMC-yə 28 min 79 manat 92 qəpik ödəyəcək.
Maraqlıdır ki, açıqlanan rəsmi məlumatlarda “Piramida-F.R.” MMC-nin VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) “1500429791” olaraq göstərilib. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeyd olunan VÖEN nömrəsinə uyğun “Piramida-F.R.” MMC adlı şirkət mövcud deyil. Reyestr məlumatlarında VÖEN-i “1500429791” olan yalnız “Harmony İndustrial Construction and Enginering Group” MMC barədə məlumat var. Bu şirkətin 28.02.2005-ci ildə dövlət qeydiyyatına alındığı və 10 manat nizamnamə kapitalına malik olduğu qeyd olunur. Hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20-də yerləşən şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.
Hazırda reyestr məlumatlarında “Piramida-F.R.” adlı şirkət mövcud olmadığı halda, bu şirkətin tender müsabiqələrində necə iştirak etdiyi müəmma olaraq qalır. Hətta ötən il “Piramida-F.R.” MMC adından mətbuata açıqlma verilib və bildirilib ki, “Piramida-F.R.” MMC-nin fəaliyyəti Azərbaycan respublikasının qanunlarına uyğun şəkildə, tam şəffaflıq prinsipləri ilə davam etdirilir.
Bildilirilib ki, şirkət fəaliyyətini respublikanın vergi və sahibkarlıq qanunvericiliyinə uyğun şəkildə qurub.
Lakin qeyd edək ki, 20.08.2020-ci il tarixinə olan məlumata görə kommersiya qurumlarının dövlət reyestri məlumatlarında adı “Harmony İndustrial Construction and Enginering Group” MMC olan, lakin “etender.gov.az” saytında “Piramida-F.R.” MMC olaraq göstərilən şirkətin dövlət büdcəsinə 542 min 291 manat 38 qəpik vergi borcu olub. Bugünə olan sonuncu məlumata görə MMC-nin dövlət büdcəsinə hələ də 96 min 947 manat 13 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Məlumat üçün bildirək ki, “Piramida-F.R.” MMC 2010-cu ildən bugünə kimi onlarla tender müsabiqəsinin qalibi olub. Şirkət milyon manatlıq böyük tenderlərin də qalibi olub. “Piramida-F.R.” MMC 2015-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin 2 milyon 700 min manatlıq tender müsabiqəsini udub.
Onu da bildirək ki, ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti "Piramida-F.R." MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Bundan başqa, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC də "Piramida-F.R." MMC-ni məhkəməyə verib. "Piramida-F.R." MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.
"Piramida-F.R." MMC ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu şirkətin qeydiyyatda olduğu ünvanda daha 2 şirkət qeydiyyatdadır. Bunlardan biri qanuni təmsilçisi yenə də Orucov Əlövsət Bilal oğlu olan “Piramida-2001” firması, digəri isə qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı (soyadları eynidir) olan “A-Marble” MMC-dir.
Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT









Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT











Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT












Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT










Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu - FOTOFAKT






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram