Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rövşən Əkbərovu Vilayət Quliyev həbsdən xilas edib – ŞOK İDDİA

18-03-2021, 14:50

Rövşən Əkbərovu Vilayət Quliyev həbsdən xilas edib – ŞOK İDDİA








Martın 15-də həbs olunan Azərbaycanın Milli Qəhrəmanı, sabiq korpus komandiri, general-leytenant Röşvən Əkbərovun adı ətrafında başlayan müzakirələr səngimək bilmir.

Prokurorluq orqanları onun 1 iyun 2001-ci ildə Ukraynada Elçin Əliyev adlı Azərbaycan vətəndaşını dənizçi bıçagıyla (kortik) öldürməsini rəsmən açıqlayandan sonra ortaya çoxsaylı suallar çıxıb. Hazırda ən çox bu sual maraq doğurur: Rövşən Əkbərov Ukraynanın hüquq-mühafizə orqanlarının “pəncəsindən” necə xilas olub?

Yenisabah.az xəbər verir ki, araşdırmaçı-jurnalist Zülfiyyə Mustafayevə bu cinayət işiylə bağlı şok açıqlama verib. Vaxtilə bu mövzuda silsilə araşdırmalar apardığını deyən jurnalist Ukraynada adam öldürməkdə təqsirli bilinən generalı o vaxtkı Xarici işlər naziri Vilayət Quliyevin xilas etdiyini bildirib:

“Cinayətin ört-bastır edilməsinin bir başqa baiskarı da o zamankı Xarici işlər naziri, hazırda Macarıstanda ölkəmizi səfir olaraq təmsil edən Vilayət Quliyev olub. Məhz onun verdiyi “toxunulmazlıq” sənədi ilə Kiyev istintaqçıları Rövşəni həbs etməyiblər. Vilayət Quliyev indiyə qədər izah edə bilməyib ki, hansı statusuna görə Rövşənin toxunulmazlıgı varmış. Niyə belə bir sənədlə onu qoruyub? Əgər Rövşən həbs olunsaydı, Azərbaycana ekstradisiya olunacaqdı. Amma Kiyevdən əlini-qolunu sallayaraq ölkəyə dönüb”.

Zülfiyyə Mustafayeva başqa maraqlı fakt da açıqlayıb. Jurnalist deyib ki, 2004-cü ildə Pirəşəküldəki hərbi hissədə Rövşən Əkbərovla görüşüb: “Müsahibə zamanı həmişəki kimi yenə cəfəngiyyat danışdı. Diktafonu söndürdükdən sonra isə belə dedi: “Sübut eləsinlər, görüm, necə sübut edəcəklər!” Onun dedikləri jurnalist kimi gücsüzlüyümü həmişə mənə xatıraldır”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram