Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi
5-04-2021, 19:58 82 dəfə baxılıb

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi










Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Uzun illər ərzində Ermənistan xalqımızı təxribatlara çəkməyə çalımışdır. I Qarabağ savaşından sonra özlərini dırnaqarası qəhrəman xalq kimi qələmə verən ermənilər bu təxribatları daha da genişləndirirmiş, atəşkəs rejimini intensiv surətdə pozaraq dəfələrlə Azərbaycan tərəfindən sert reaksiya göstərilməsini güdüb. Ona görə güdüb ki, günahı xalqımızın üstünə yıxsın və bundan sonra beynəlxalq təşkilatlarda hay-küy salsınlar ki, “bəs qoymayın amanın günüdür azərbaycanlılar bizi qırır”. Görünür ermənilər unudur ki, Azərbaycan xalqı təmkinli və səbrli xalqdır, bəşəriyyətə ədalət gözləri ilə baxan xalqdır.
Maraqlı burasıdır ki, bəzi ölkələr, Beynəlxalq təşkilatlar ermənilərin riyakar, ədalətsiz və haqsız olduqlarını bilə-bilə onlara “gözün üstə qaşın var” demir. Amma Azərbaycanın haqq işinə göz yumur və ya özlərini görməzliyə vururlar. Haqq ədalət işimizi görməzliyə vuran, xüsusən qərb dövlətləri Ermənistana havadar çıxsalarda, Azərbaycan xalqına qarşı ədalətsiz münasibət göstərsələr də, xalqımız nəyi, necə və nə vaxt edəcəyini çox gözəl bilirdi. Və ona görə də bir dəmir yumruq birləşib 27 sentyabr 2020-ciil tarixdə haqq ədalət mübarizəsinə qalxdı. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Noyabrın 9-da Azərbaycan – Rusiya prezidentləri, Ermənistanın baş naziri bəyanət imzaladılar. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Erməni mifi bir dəmir yumruqla məhv edildi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müharibənin gedişində 300-dən çox yaşayış məntəqəsi erməni işğalından azad edildi. Bəli, 30 il ərzində ədalətsizliklə üz-üzə qalan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə ədaləti bərpa etdi.

Alışanov Elməddin – Azərbaycan vətən müharibəsi veteranlar birliyi Saatlı şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram